İsrail Ordusu (İDF) Qəzza zolağı ilə Misir sərhədində 14 kilometrlik bufer zonasına nəzarəti ələ keçirib.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Times of Israel” yazıb.
Bildirilir ki, İsrail ordusu Filadelfiya dəhlizində onlarla raket buraxılış qurğusu və ən azı 20 transsərhəd qaçaqmalçılıq tuneli aşkar edərək "əməliyyat nəzarəti" qurub.
İDF sözçüsü kontr-admiral Daniel Hagari keçirdiyi mətbuat konfransında Qəzza ilə Misir arasındakı sərhəd boyunca 14 kilometrlik zolaqdan HƏMAS tərəfindən silah qaçaqmalçılığı üçün istifadə edildiyini bildirib. Bu tunellərdən bəziləri İDF-yə məlum idi, digərləri isə ilk dəfə aşkar edilib. Onların bəziləri artıq sökülüb və İsrail də Misiri hadisələrdən xəbərdar edib.
Hərbi rəsmilərin sözlərinə görə, Filadelfiya dəhlizi ərazisində tunellərə aparan daha 82 şaft aşkar edilib.
IDQ qoşunları indi fiziki olaraq dəhlizin əksər hissəsində mövcuddur. Quru qoşunlarının olmadığı sahil xəttinin yalnız kiçik bir hissəsi var, lakin İDF əraziyə müşahidə və atəş gücü ilə nəzarət etdiyini bildirib.
Publika.az///