09.04.25 | Bakı 15.03° C |
13:16:28
Lent :

FHN-in komandası minifutbol turnirinin finalına çıxdı

27 apr 2024 13:00
GÜNDƏM
ads
Advertisement

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında keçirilən minifutbol turnirində Fövqəladə Hallar Nazirliyinin komandası daha bir uğura imza atıb.

Publika.az xəbər verir ki, aprelin 27-də yarımfinal oyununa çıxan Fövqəladə Hallar Nazirliyinin komandası Daxili İşlər Nazirliyinin komandası ilə qarşılaşıb.

Əsas hissəsi 0:0 bərabərliklə bitən oyunun qalibi penalti seriyasında müəyyənləşib. Rəqib qapısından 2 top keçirən FHN-in komandası 2:1 hesabı ilə qələbə qazanaraq finala yüksəlib.

Final mərhələsi Ədliyyə Nazirliyinin komandasına qarşı keçiriləcək.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə keçirilən yarışda 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandaları mübarizə aparır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur