"Ukrayna Silahlı Qüvvələrinin (AFU) tərəfində döyüşən gürcü muzdlularının Tbilisidə müxalifətin etiraz aksiyalarında planlaşdırılmış iştirakı ilə bağlı xəbərlər təxribat xarakterlidir".
QÜTB.AZ xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
“Mən müxtəlif formada mesajlar aldım ki, guya gürcü hərbçiləri Ukraynadan gəliblər və bu etiraz aksiyasına hərbi qulluqçu kimi qoşulmağa hazırlaşırlar. Bu, birbaşa təxribatdır, bu baş vermir, buna inanmayın”, - Zurabişvili bildirib.
Onun sözlərinə görə, bu şayiələr hakim “Gürcü arzusu” partiyasını çox narahat edən aksiyanı gözdən salmaq üçün yayılır.
Zurabişvili qeyd edib ki, mitinqlərin öz-özünə təşkil olunması və tərəflərin heç birinin onlara müdaxilə etməməsi vacibdir. O, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının Konstitusiya Məhkəməsinə təsir göstərməsini və parlament seçkilərinin qeyri-legitimliyi ilə bağlı iddiasına baxmağa məcbur etməsini vacib hesab etdiyini vurğulayıb.
Dekabrın 1-də Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, ölkə prezidenti Salome Zurabişvili dekabrın 29-da iqamətgahını tərk etməli olacaq. Yeni dövlət başçısının andiçmə mərasimi bu tarixə nəzərdə tutulub. Bir gün əvvəl Tbilisidə etiraz aksiyaları fonunda Zurabişvili hazırkı hökuməti qeyri-legitim adlandıraraq mandatının başa çatmasına baxmayaraq, prezident postundan istefa verməkdən imtina edib.
Hüseyn İbadlı