31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

“İmamzadə” dini kompleksində əməliyyat – Qadını şantaj edən şəxs tutuldu

18 yan 2024 09:00
GÜNDƏM
ads
Advertisement

Gəncədə qadını şantaj edən şəxs həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Yardımlı rayon sakini olan və Bakı şəhər Binə qəsəbəsində yaşayan 1992-ci il təvəllüdlü Alim Yusifov barəsində polisə şikayət daxil olub.

Şikayətçi qadın həmin gəncin onu çılpaq görüntüləri ilə şantaj edərək 2500 manata yaxın pulunu aldığını deyib.

Bundan sonra şikayətçi qadın Alimdən fotoları pul qarşılığında silməsini xahiş edib. Onlar Gəncə şəhərindəki “İmamzadə” ziyarətgahında görüş təyin ediblər. Bakıdan Gəncəyə gedən gənc ziyarətgahda qadından pul alarkən polisin keçirdiyi əməliyyatla tutulub.

Onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Alim Yusifov 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Turqut Seyidov


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur