Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının ( ŞƏT ) sammitində iştirak etmək üçün Qazaxıstana uçub.
Publika.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb .
“Rusiya prezidenti Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astana şəhərinə gəlib”, - məlumatda deyilir.
Kreml həmçinin xatırladıb ki, təşkilata üzv ölkələrin liderləri gələcək əməkdaşlığın vəziyyəti və perspektivlərini və onun fəaliyyətinin təkmilləşdirilməsiiyulun 3-4-də ni müzakirə edəcəklər. Aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq.
Görüşün yekununda Astana Bəyannaməsi və digər birgə sənədlər imzalanacaq.
Hüseyn İbadlı