Mətbəx kranınızdakı kirəc və çirkli suyun yaratdığı digər problemləri asanlıqla limonla həll edə bilərsiniz.
Publika.az xəbər verir ki, "BelNovosti" nəşrinin mütəxəssisləri evdar qadınları bu qeyri-adi üsuldan istifadə etməyə çağırıblar.
Mütəxəssislərin fikrincə, sitrus meyvələri tərkibindəki turşuya görə bəzi çirkləndiricilərdən xilas olmaqda əla işə yarayır. Kranı həddən artıq sərt suyun əmələ gətirdiyi kirəcdən və digər xoş olmayan problemlərdən təmizləmək üçün limonu yarıya bölməyi, sonra onu krana bağlamağı və bir neçə saat saxlamağı məsləhət görürlər.
Mütəxəssislərin sözlərinə görə ki, bu prosesdən sonra su daha yaxşı gəlməyə başlayacaq.
Cəmilə