03.05.24 | Bakı 15.03° C |
08:05:15
Lent :

Ersin Tatar: ŞKTC, Türkiyə və Azərbaycan güclərini birləşdirməlidir

13:00 20.04.2024
GÜNDƏM
ads

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatar ŞKTC, Türkiyə və Azərbaycanın tibb sahəsində əməkdaşlıq etməli olduğunu vurğulayıb.

Publika.az xəbər verir ki, Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Girne şəhərində keçirilən Türkiyə, Azərbaycan və ŞKTC Ortaq Pediatriya Təhsil Toplantısının açılış sessiyasında çıxış edib. O, müstəqil Türk dövləti olaraq gələcəyə doğru möhkəm addımlar atdıqlarını qeyd edərək iştirakçılara təşəkkürünü bildirib.

Tatar bu görüşün ŞKTC-nin səsinin dünyaya çatdırılması və tibb sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətinə diqqət çəkib: "Bir millət, üç dövlət. Mavi Vətəndə əhəmiyyətli bir konqres geçəkləşdirilməsinin xoşbəxtliyini yaşayıram. Bu görüş bizim bağlarımızı da gücləndirəcək”.

Tatar Türkiyə ilə yanaşı Azərbaycandan da həkimlərin ölkəsinə gəlməsinin ŞKTC-nin səhiyyə sahəsində inkişafına töhfə verəcəyini diqqətə çatdırıb: "ŞKTC, Türkiyə və Azərbaycan tibbdə güclərini birləşdirməlidir. Onların tibb sahəsində fikir mübadiləsi və əməkdaşlıq etməsi vacibdir”.

Türkiyə, Azərbaycan və ŞKTC Ortaq Pediatriya Təhsil Toplantısı aprelin 21-də başa çatacaq.

Roza Şəfiyeva


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    114 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az