17.05.24 | Bakı 13.03° C |
14:05:28
Lent :

Vətənə xəyanətdə ittiham edilib, Təl-Əvivdə SSRİ ilə bağlı ARAŞDIRMA BAŞLADACAQ

23:00 02.05.2024
GÜNDƏM
ads

"Rusnano"nun keçmiş rəhbəri Anatoli Çubays Təl-Əviv Universitetində açılan Rusiya Araşdırmaları Mərkəzinin (CRS) “sponsorlar qrupunun təşkilatçısı” olub.

Publika.az xəbər verir ki, bu barədə TASS universitetin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Bildirilib ki, mərkəz Rusiyanın SSRİ-nin dağılmasından sonrakı iqtisadi, siyasi, sosial və mədəni tarixini öyrənəcək.

Universitetdən verilən məlumata görə, Mərkəzin fəaliyyəti siyasi motivli deyil. Layihənin məqsədi yaxın keçmişdə baş vermiş hadisələr əsasında Rusiya Federasiyasının mümkün gələcəyini araşdırmaqdır.

Layihədə Çubaislə yanaşı, publisist Aleksandr Baunov və sosioloq Viktor Vaxştayn (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) iştirak edəcəklər.

"CRS-in bəyan edilmiş vəzifəsi “Rusiyanı başa düşmək” imkanlarına yeni formada sırf akademik mənada yanaşmaqdır", - deyə təhsil müəssisəsi qeyd edib.

2024-cü il fevralın ortalarında Çubaysın Təl-Əviv Universitetində yeni rusşünaslıq mərkəzini maliyyələşdirdiyi məlum olub.

Çubays Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiyanı tərk edib. 2022-ci ildən İsraildə yaşayır.

Rusiya Dövlət Duması da Çubaysı vətənə xəyanətdə ittiham edib.

Hüseyn İbadlı


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az