Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfər edəcək.
Publika.az "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə lideri iyulun 9-11-də NATO ölkələrinin Vaşinqtonda keçiriləcək Zirvə toplantısında iştirak edəcək.
Onun Vaşinqtonda dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri nəzərdə tutulur.