28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Ən təhlükəli yaş dövrü: Psixi pozğunluqlar bu zaman üzə çıxır

18 yan 2024 08:00
GÜNDƏM
ads
Advertisement

Şizofreniya və bipolyar pozğunluq kimi ən ağır psixi xəstəliklər adətən gənc yaşda, 30 yaşından əvvəl başlayır.

Publika.az xəbər verir ki, bu sözləri tibb üzrə ekspert, psixiatr Artyom Gilev avstraliyalı alimlərin araşdırmasını şərh edərkən deyib.

Mütəxəssislər müəyyən ediblər ki, psixi sağlamlıqla bağlı ən çox problemlər 15-24 və 25-34 yaşlarda müşahidə olunur. Eyni zamanda elm adamları qeyd edib ki, 65 yaşlı insanlarda narahatlıq-depressiv pozğunluqlar daha az tez-tez qeydə alınır. Daha yaşlı insanlarda isə psixi pozuntuların daha çox olduğuna diqqət çəkiblər.

"40 yaşdan yuxarı ilk dəfə şizofreniya diaqnozu qoyulan insanlar praktiki olaraq yoxdur. Deməli, ən ciddi psixi xəstəliklərin aşkarlanmasının pik həddi əslində 16-17 və ya 25-30 yaş dövrüdür. Bunu genetika və bu cür xəstəliklərin inkişaf mexanizminin xüsusiyyətləri ilə də izah etmək olar", - ekspert "kp.ru"ya müsahibəsində vurğulayıb.

Həkim əlavə edib ki, depressiya və narahatlıq pozğunluqları yaşa bağlı deyil. Burada ölkədə və dünyada mövcud vəziyyət böyük rol oynayır. Mütəxəssis qeyd edib ki, əgər insan həyatı boyu daimi stresslə üzləşirsə, o zaman belə pozuntuların sayı artır.

"İkinci mühüm amil genetikadır. Genlərdə müəyyən "pozulmalar" depressiya və anksiyete pozğunluqlarının inkişafına kömək edir. Amma yenə də bu xəstəliklər məhz xarici şərait, sosial təlatümlər, böhranlar, həmçinin epidemiyalardan sonra başlayır", - psixiatr bildirib.

Bundan əlavə, o qeyd edib ki, əsəb xəstəliklərinə qarşı müqavimət yaşa bağlı deyil, hər şey insanın nə qədər sarsıntı keçirməsi ilə izah olunur. Onları nə qədər çox yaşayarsa, proqnoz bir o qədər pis olur. Gilev vurğulayıb ki, gərginliyə öyrəşmək mümkün deyil, hər yeni təzyiq psixikanı silkələyir və bütün bunlar daxildə toplanır.

Həkim hesab edir ki, smartfonlar və virtual ünsiyyətə hədsiz həvəs gənclərin psixikasına zərər vura bilməz. Onun fikrincə, bu, hətta bəziləri üçün faydalıdır. Bundan əlavə, psixiatr insanları vəziyyəti drammatikləşdirməməyə çağırıb və qeyd edib ki, sosial mediada boş-boş vaxt keçirmək psixikaya zərər verə bilər.

Aytən Məftun


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur