Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə - Niderland oyununu izləmək üçün iyulun 6-da Almaniyaya gedəcək.
Publika.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar Ərdoğan iyulun 6-da Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının Qeyri-rəsmi Zirvə Toplantısında iştirak planını ləğv edib.
Proqrama Ərdoğanın yerinə vitse-prezident Cevdet Yılmaz qatılacaq.
Ərdoğan daha sonra 9-11 iyulda Vaşinqtonda keçiriləcək NATO Liderlər Zirvəsinin toplantısında iştirak etmək üçün ABŞ-a gedəcək.
Adəm Abbaslı