02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Mahaçqalada öldürülən Adil və Ömər bu vəzifəli şəxsin oğulları imiş

24 iyn 2024 06:00
GÜNDƏM
ads
Advertisement

Mahaçqalada təhlükəsizlik qüvvələri ilə toqquşan silahlıların Dağıstanın Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovun oğulları olduğu üzə çıxıb.

Publika.az xəbər verir ki, Osman və Adil Ömərovlar hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışma zamanı həlak olublar.

Rusiya Milli Antiterror Komitəsi (MTK) Mahaçqalada üç hücumçunun məhv edildiyini, ikisinin Dərbənddə zərərsizləşdirildiyini təsdiqləyib .

Baza Telegram kanalının məlumatına görə, üçüncü yaraqlı 32 yaşlı Abdusamad Amadzievdir.

Öz növbəsində Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi Mahaçqalada dörd terrorçunun məhv edilməsi barədə məlumat yayıb.

“İnterfaks”ın hüquq-mühafizə orqanlarındakı mənbəsi dəqiqləşdirib ki, Mahaçqalada məhv edilən dörd yaraqlıdan üçünün şəxsiyyəti müəyyən edilib. Onların hamısı respublikanın Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovun qohumlarıdır.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur