01.05.24 | Bakı 18.03° C |
00:05:00
Lent :

Cəmil Məmmədliyə hökm oxundu

15:00 17.04.2024
GÜNDƏM
ads

Jurnalist Cəmil Məmmədliyə hökm oxunub.


QÜTB.AZ "Report"a istinadən xəbər verir verir ki, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.


Hökmə əsasən, Cəmil Məmmədli 6 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.


Xatırladaq ki, prokuror Samir Məmmədov məhkəmədən təqsirləndirilən şəxsin 8 il 3 ay müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.


Qeyd edək ki, C.Məmmədli ötən ilin yanvarında cinayət məsuliyyətinə cəlb edilib.


Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    114 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    18.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az