21.05.24 | Bakı 19.03° C |
21:05:50
Lent :

Asim Mollazadə korrupsiyaya bulaşan Şvabedən danışdı: "Onu Almaniyada yaxşı tanıyırlar"

23:00 30.04.2024
GÜNDƏM
ads

"Almaniyanın AŞPA-dakı sosialist qrupunun rəhbəri Frank Şvabenin Azərbaycana qarşı nifrəti Avropanın maraqları yox, onun şəxsi maraqları ilə bağlıdır”.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Almaniyanın AŞPA-dakı sosialist qrupunun rəhbəri Frank Şvabenin ölkəmiz əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

“Frank Şvabeni Almaniyada yaxşı tanıyırlar. Çünki alman mediası davamlı olaraq onun korrupsiyaya bulaşması və başqa ölkələrin maraqlarına xidmət etməsi barədə yazır. Onun Azərbaycana qarşı nifrəti Avropanın deyil, onun şəxsi maraqlarından irəli gəlir və sahiblərindən aldığı sifarişlə bağlıdır. Belə adamlar bu cür nifrət dolu açıqlamaları ilə Avropa və Almaniyanın dəyərlərinə zidd olaraq sahiblərinin könlünü xoş etmək istəyirlər” – Asim Mollazadə deyib.

Millət vəkili əlavə edib ki, Şvabenin rəhbəri olduğu, ancaq xarici ölkənin nümayəndələrinə məxsus futbol klubundan öz şəxsi mənafeyi üçün istifadə etdiyi, bu klub vasitəsilə maliyyə fırıldaqlarına yol verdiyi barədə Almaniya mediasında dəfələrlə məlumatlar dərc edilib.

"Sadəcə, hakim partiyanın üzvü olduğuna görə, onunla bağlı istintaq yekunlaşmır. Şvabe həmişə olduğu kimi bu dəfə də öz sözünü yox, sifariş aldığı sahiblərinin sözünü deyir" – deyə Asim Mollazadə vurğulayıb.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    117 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    19.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az