29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bu xəstəlik 25 yaşından yuxarı insanlar arasında geniş yayılıb: Bu il 40 faiz artacaq

29 yan 2024 13:00
GÜNDƏM
ads

25-49 yaş arası qadınlarda bağırsaq xərçəngindən ölüm hallarının bu il təxminən 40 faiz artacağı proqnozlaşdırılır.

Publika.az xəbər verir ki, bu yaş qrupunda bağırsaq xərçəngindən ölüm faizi 2018-ci illə müqayisədə kişilərdə 26 faiz, qadınlarda isə 39 faiz artacaq. Ölümcüllük baxımından xəstəlik kişilər arasında ağciyər və prostat xərçəngindən sonra üçüncü, qadınlarda isə döş və ağciyər xərçəngindən sonra üçüncü yeri tutur.

İtaliyanın Milan Universitetindən professor Karlo La Vekkya əsas faktorlar arasında piylənmə, qanda şəkər səviyyəsinin yüksək olmasını və diabet kimi sağlamlıq problemləri olduğunu söyləyib.

Daha çox spirtlu içki qəbuluna və fiziki fəaliyyətin azalmasına da toxunan Vekkya qeyd edib ki, Fransa və İtaliya kimi, spirt istehlakında azalma olan ölkələrdə bu xərçəngdən ölüm nisbətlərində o qədər də əhəmiyyətli bir artım yaşanmayıb. Erkən başlayan bağırsaq xərçəngi daha aqressiv olmağa meyllidir və sağ qalma faizi də olduqca aşağıdır.

"Annals of Oncology" jurnalında çıxan məqalədə ekspertlər hökumətləri bağırsaq xərçəngi skrininqini 45 yaşlı insanlar üçün genişləndirməyə çağırıb.

Dünya Xərçəng Araşdırma Fondundan Dr. Panayota Mitrou da məlumatların "narahatlıq doğurduğunu" söyləyib və bunu əlavə edib: "Gender fərqlərinin səbəbləri aydın deyil, lakin daha ətraflı şəkildə araşdırılmalıdır".

Aytən


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur