"Napoli"nin hücumçusu Viktor Osimhen "Çelsi"nin futbolçusu olmayacaq.
Publika.az xəbər verir ki, buna səbəb İtaliya klubu və nigeriyalı oyunçunun tələbləridir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Çelsi" "Napoli"yə təzminat məbləğini ödəmək istəmir. London klubu həmçinin forvardın maaş tələblərini də çox yüksək hesab edir. Futbolçu yeni klubunda ildə 11-12 milyon avro qazanmaq istəyir. Danışıqlar prosesinin uzanmasından bezən "zadəganlar"ın rəhbərliyi transferdən imtina etmək qərarına gəlib.
Xatırladaq ki, bundan əvvəl Neapolitan klubunun rəhbərliyinin 130 milyon avroluq təklif alacağı təqdirdə Viktor Osimhenlə yolları ayırmağa hazır olduğu bildirilib.
Heybət