31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Bu ölkədə siyasi böhran: Yeni baş nazir sələfini casusluqda ittiham etdi

14 fev 2024 06:00
GÜNDƏM
ads

Polşanın Baş naziri Tusk sələfi Moravieckini "Pegasus" casus proqramından qeyri-qanuni istifadə etməkdə ittiham edib.

Publika.az xəbər verir ki, Tusk prezident Anjey Duda ilə keçirdiyi mətbuat konfransında Moraviecki hökumətinə qarşı ittihamlar səsləndirib.

Tusk “Pegasus”un qanuni və qeyri-qanuni olaraq alındığını və istifadə edildiyini təsdiqləyən dəlillərin olduğunu qeyd edib.

2023-cü ilin oktyabrında seçkilərdən sonra fəaliyyətə başlayan yeni parlamentdə “Pegasus” casus proqramlarının əvvəlki hökumət rəsmiləri tərəfindən istifadə edildiyi iddialarını araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Qeyd edək ki, İsrailin kibertəhlükəsizlik şirkəti “NSO Group” tərəfindən hazırlanan “Pegasus” casus proqram təminatının bütün dünyada telefon danışıqlarına qulaq asmaq, səs yazmaq, e-poçtları izləmək və istifadəçilərin icazəsi olmadan fotoşəkil çəkmək kimi casusluq fəaliyyətləri üçün istifadə edildiyi ortaya çıxıb.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur