İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirib. Siyahıda 69 fiziki və 47 hüquqi şəxs yer alıb.
Publika.az xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında bildirilib.
Bundan əlavə, İsveçrənin İqtisadiyyat, Təhsil və Elm Nazirliyi Rusiya Federasiyasının təbliğat və dezinformasiya kampaniyalarına görə 4 media qurumunun - “Avropanın Səsi”, “RİA Novosti”, “İzvestiya” və “Rossiyskaya qazeta” - fəaliyyətini qadağan edib.
Cəmilə