23.09.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Quru sərhədləri niyə açılmadı?

23 sen 2025 17:00
GÜNDƏM
ads

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb. Yeni qərara əsasən, karantin yanvarın 1-dək davam edəcək.

Sözügedən qərar, bir neçə ildir bağlı olan quru sərhədlərin vəziyyətini yenidən gündəmə gətirir.

Qutb.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə qeyd edib ki, pandemiya dövründən etibarən Azərbaycanda quru sərhədlərin bağlanması ilə bağlı qərar əsasən regiondakı hazırkı reallıqlara əsaslanaraq verilib.

“Baxmayaraq ki, pandemiya dövrü artıq arxada qalıb və bir çox ölkələr quru sərhədlərini çoxdan açıb, regionda mövcud olan siyasi və təhlükəsizliklə bağlı məsələlər isə Azərbaycanda sərhədlərin açılmasını hələ də gecikdirir”.

Millət vəkili əlavə edib ki, quru sərhədlərin bağlı qalması vətəndaşlar, xüsusilə də qonşu Gürcüstanda yaşayan soydaşlarımız üçün müəyyən çətinliklər yaradır.

Deputat vurğulayıb ki, quru sərhədlərin bağlı qalması təkcə avtomobil nəqliyyatına deyil, eyni zamanda dəmir yolu nəqliyyatına da aiddir.

“Yəni, quru sərhədləri açılmadığı halda, dəmir yolları vasitəsilə də sərnişin daşımalarının mümkün olacağı real görünmür. Bu baxımdan, quru sərhədlərin tam şəkildə açılmadığı müddətdə dəmir yolu nəqliyyatının da sərnişin daşımaları üçün fəaliyyətə başlaması gözlənilən deyil”,- deyə A.Əlizadə bildirib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
156 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur