27.04.24 | Bakı 14.03° C |
03:04:47
Lent :

Bu gün tarix yazan tarix müəlliminin doğum günüdür

08:46 23.09.2022
GÜNDƏM
ads

Bu gün 44 günlük Vətən müharibəsində şəhadətə qovuşan İsmayıllı şəhidi, tarix müəllimi  Famil Əhmədzadənin doğum günüdür.

Qutb.az xəbər verir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əhmədzadə Famil Ağaəhməd oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 15 dekabr 2020-ci il "Vətən uğrunda" medalı, 18 dekabr 2020-ci il "Döyüşdə fərqlənməyə görə" medalı, 24 iyun 2021-ci "Suqovuşanın azad olunmasına görə” medalı və 05 noyabr 2021-ci il 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir.

Famil Əhmədzadə 23 sentyabr 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda dünyaya göz açmışdır. İbtidai təhsilə 1982-ci ildə Milli Qəhrəman Eldar Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyində başlamışdır. Famil məktəbdə ən savadlı şagirdlərdən biri olmuşdur. Elə bunun məntiqi nəticəsi kimi, o, orta məktəbi 1992-ci ildə əlaçı məzun kimi bitirmişdir.

Orta məktəbi bitirən Famil, elə həmin il Azərbaycanın ilk test üsulu ilə keçirilən imtahanında iştirak etmiş, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik AkademiyasıPolitologiya ixtisasına qəbul olunmuşdur. O, akademiyanın sayılıb-seçilən tələbələrindən olub. 1997-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirmiş, hərbi kafedradan məzun olduğu üçün leytenant rütbəsi ilə məzun olmuşdur.

Famil Əhmədzadə 1997-ci ildən etibarən məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyində tarix müəllimi kimi fəaliyyətini davam etdirmişdir. 1999-cu ilin əvvəlində hərbi xidmətə yola düşmüşdür. 8 fevral 1999-cu ildən leytenant kimi Naxçıvan Muxtar Respublikasında xidmətə başlamışdır. Xidmətdə fərqləndiyi üçün baş leytenant rütbəsinə yüksəlmişdir. Elə həmin rütbə ilə 9 noyabr 2000-ci ildə ordudan tərxis olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdandan sonra yenidən həmin məktəbdə müəllimlik fəaliyyətini davam etdirmişdir. Tarixçi kimi yetişdirdiyi yüzlərlə tələbəsi yüksək bal toplayaraq ali məktəblərə daxil olmuşlar.

2002-ci ilin noyabr ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. 2005-ci ildən YAP İsmayıllı rayon təşkilatının Şura üzvüdür. Rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş, bir sıra ictimai tədbirlərin təşkilatçısı olmuşdur.

Famil, 27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlaması ilə könüllü olaraq ordu sıralarına yazılmışıdır. Baş leytenant Əhmədzadə cəbhə yoldaşlarının döyüş ruhunu artıraraq onları qələbəyə səsləyirdi. O, Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin müdafiəsində müstəsna rol oynamışdır. Oktyabrın 13-dən 14-nə keçən gecə Talış kəndi və Suqovuşanda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Əhmədzadə Familin nəşi 3 noyabr tarixində əvvəlcə yaşadığı evə, daha sonra İsmayıllı rayonu Şəhidlər Xiyabanına gətirilərək, şəhər sakinlərinin izdihamlı yürüşü ilə təntənəli surətdə dəfn edilmişdir.

Vida mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Başçının birinci müavini Rövşən Ağayev, Rayon Prokuroru Tural Yusifov, Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi Əfran Nəbiyev, oxuduğu və dərs dediyi məktəbin direktoru Əhmədağa Ələkbərov və tələbələri iştirak etmişlər.

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 31 avqust 2021-ci il tarixli, 112 nomrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Əhmədzadə Famil Ağaəhməd oğlunun adının əbədiləşdirilməsi məqsədilə yaşadığı "Niyal" küçəsinin adının dəyışdirilərək Famil Əhmədzadə küçəsi adlandırılmışdır.





TEGLƏR
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    14.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az