05.04.25 | Bakı 11.03° C |
10:57:49
Lent :

Buzlaqların əriməsi sunami riskini artırır

25 avq 2024 08:00
DÜNYA
ads
Advertisement

Almaniyanın Potsdam Universitetinin alimləri təxminən bir il əvvəl Qrenlandiyanın şərq sahillərini vuran nəhəng sunaminin səbəbini müəyyən edən araşdırma aparıblar.

QÜTB.AZ xəbər verir ki, tədqiqatın nəticələri "The Sesmic Records" (TSR) elmi jurnalında dərc olunub.

Tədqiqatçılar hadisə yerindən 5 min kilometr radiusda yerləşən zəlzələ stansiyalarının seysmik məlumatlarını təhlil edib. Bununla onlar nəhəng dalğanın yaranmasına səbəb olan sualtı sürüşmədən sonra uzun müddət davam edən siqnalları aşkarlayıblar.

Mütəxəssislər bir həftədən çox davam edən və təxminən bir metr hündürlüyündə daimi dalğanın mövcudluğunu təsdiqləyiblər.

Alimlər hesab edirlər ki, bu hadisə Qrenlandiyada buzlaqların əriməsi ilə bağlı olub. Proses yeni sürüşmələrin və sunamilərin ehtimalını artırır.

Xatırladaq ki, 2017-ci ildə adanın qərbində sunami Nuuqaaisiak kəndində 11 evi dağıdıb, 4 nəfərin həyatına son qoyub.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur