29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bononun İrəvan səfərinin pərdəarxası: Vaşinqtonda Bayramov-Mirzoyan görüşü Baydenə nə üçün lazımdır?

09 yan 2024 06:00
GÜNDƏM
ads

Növbəti seçkilər ərəfəsində ABŞ prezidentinə Vaşinqtonun vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması şəklində Cənubi Qafqazda ən azı hansısa “uğur hekayəsi” lazımdır.

Publika.az xəbər verir ki, bu fikirləri “Sputnik Ermənistan” a müsahibəsində politoloq Suren Surenyants ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bononun Ermənistana növbəti səfərini şərh edərkən bildirib.

Bundan əvvəl amerikalı diplomatı xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qəbul edib, görüşün əsas mövzusu Bakı və İrəvan arasında danışıqlar prosesi olub.

Surenyantsın sözlərinə görə, amerikalılar indi nəyin bahasına olursa olsun iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil etməyə çalışırlar. Hələ ötən ilin noyabrında ABŞ-ın vasitəçiliyi ilə nazirlərin görüşü planlaşdırılıb, lakin Azərbaycan tərəfi bundan imtina edib. Dekabrda Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan 2024-cü ilin yanvarına daha bir görüşün planlaşdırıldığını bildirmişdi. Vaxt hələ məlum deyil.

Ekspertin qeyd etdiyi kimi, Bononun Ermənistana səfəri nazirlər arasında görüş hazırlamaq və təşkil etmək məqsədi daşıyır. O, əlavə edib ki, bunun nəticə verib-verməyəcəyini söyləmək çox çətindir. İndiyə qədər Azərbaycan ya görüşlərdən imtina edib, ya da razılıq və iştirak müqabilində ABŞ-dan çox yüksək qiymət tələb edib.

“Düzünü desəm, Vaşinqtonun görüşün təşkili üçün bu qədər səy və resurslar sərf edib-etməyəcəyini bilmirəm, lakin mən hesab edirəm ki, bu cür danışıqlara indi ABŞ-ın hazırkı administrasiyası daha çox ehtiyac duyur. Ən azından ABŞ-ın Yaxın Şərqdə problemləri var, onların Ukraynada problemləri var. Belə şəraitdə Baydenin seçkilərə qədər müəyyən xarici siyasət nailiyyətinə ehtiyacı var”, - Surenyants hesab edir.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur