Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclası çağırılıb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" mənbəyə istinadla məlumat yayıb.
İclas cümə günü saat 15:00-da elan edilib. Görüş Kiyev tərəfindən Rusiyanın Odessadakı hədəflərə son zərbələri ilə bağlı tələb olunub. Xüsusilə, Ukrayna hakimiyyəti BMT-nin baş katibi Antonio Quterreşdən məruzə ilə çıxış etməyi xahiş edir.
Bundan əvvəl Rusiya BMT Təhlükəsizlik Şurasının Minsk razılaşmaları mövzusunda iclasının onların imzalanmasının ildönümündə - fevralın 12-də keçirilməsini xahiş etmişdi.
Hüseyn İbadlı