Polşa hökuməti Belarusla sərhəddə bufer zonasının qaytarılması ilə bağlı qərarı təsdiq edib.
Publika.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Belarusla sərhəddə xüsusi zona ilə bağlı qərar təsdiqlənib.
"Bu zonanın uzunluğu onlarla kilometr, dərinliyi isə bəzi ərazilərdə 200 metrdən 2 kilometrə qədər olacaq", - Tusk əlavə edib.