24.12.25 | Bakı 4.03° C |
10:06:25
Lent :

Bir şəklin tarixçəsi: İlham Əliyev SİNİF YOLDAŞLARI İLƏ...

24 dek 2025 09:00
GÜNDƏM
ads

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür.

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

1967-1977-ci illərdə paytaxtın Səbail rayonundakı 6 saylı orta məktəbdə təhsil alıb.

Qutb.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu foto  Prezidentin 6 saylı orta məktəbdə təshil aldığı dövrü əks etdirir.

Fotonu saytımıza İlham Əliyevin sinif yoldaşı olmuş Rauf Həsənli təqdim edib.

Onun sözlərinə görə, 1967-ci ilin 1 sentyabrında çalınan ilk zəngdən 15 iyun 1977-ci ildə səslənən son zəngə qədər İlham Əliyevlə bir sinifdə oxuyib

Bu şəkil də 1977-ci ildə orta məktəbin sonuncu sinfində çəkilib.

“Bizim sinif məktəbdə ən böyük sinif idi. 45 şagird var idi”, - R.Həsənli həmin illəri xatırlayarkən deyib. 

“Bir dəfə İlham Əliyev 10-cu sinifdə oxuyanda bizi, yaxın sinif yoldaşlarını ad gününə dəvət etmişdi. Yadımdadır ki, bizi İlham Əliyevin anası, rəhmətlik Zərifə xanım Əliyeva qarşıladı. O, çox mehriban, istiqanlı qadın idi. Bizi yaxşı qarşıladı, çox sevindi ki, oğlunun sinif yoldaşları onun evinə qonaq gəliblər. Həmin gün Ümummili lider Heydər Əliyev özü də ad gününə gəlmişdi. O, hər birimizlə ayrı-ayrlıqda tanış oldu, danışdı. Sonra bizi tək qoydu. “İşlərim var” deyib getdi, yəni bizə sərbəstlik verdi. Biz çox yaxşı vaxt keçirdik. Şahmat, bilyard, tennis oynadıq. Gəzməyə də çıxdıq. Dedik, güldük, rəqs etdik, musiqilərə qulaq asdıq”, - R.Həsənli bildirib.

Sinif yoldaşının sözlərinə görə, İlham Əliyev orta məktəbdə oxuyarkən bütün dərslərdə özünü çox aktiv aparırdı. Müxtəlif suallar ətrafında müəllimlərlə sağlam polemikanı aparmaq imkanından qaçmırdı: “Tarix və ədəbiyyat, ümumiyyətlə humanitar sahələrlə maraqlanırdı. Coğrafiyanı da çox sevərdi”.
 
R.Həsənli müşahidələrinə əsasən bildirib ki, İlham Əliyev orta məktəb illərindəki kimi qayğıkeş və təvazökar insan olaraq qalıb: “Eyni zamanda o, geniş dünyagörüşü olan və böyük yumor hissinə malik insandır. İlham Əliyev yeniyetməliyindəki, cavanlığındakı müsbət cəhətləri bu günə qədər saxlaya bilib. O, siyasətçi olandan sonra başqa müsbət keyfiyyətləri də üzə çıxdı. Müdriklik, uzaqgörənlik, liderlik və siyasətçiyə məxsus olan digər xasiyyət keyfiyyətləri”.

“Onun musiqi zövqü əla idi. Həm klassik, həm də estrada musiqisinə qulaq asırdı. O zaman İlham Əliyevin ad günündə onun pianosunu da gördük. O, pianoda da ifa edə bilirdi. Bir sözlə, İlham Əliyev hərtərəfli insandır. Hesab edirəm ki, bizim bəxtimiz gətirib ki, onun kimi Prezidentimiz var”. 

A.Qorxmaz

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
166 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
4.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur