ABŞ-ın hazırkı prezidenti Co Bayden seçki yarışında əsas rəqibi, Ağ Evin keçmiş rəhbəri Donald Trampla sentyabrda növbəti debat keçirməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə Bayden NBC telekanalına müsahibəsində bildirib:
“Biz daha bir debat keçirəcəyik. Bu barədə razılığa gələndə sentyabrda onunla debatda iştirak edəcəyəm”.
Bayden, həmçinin qeyd edib ki, son debatda onun performansı barədə soruşurlarsa, "artıq eyni səviyyədə çıxış etmək" niyyətində deyil.
“22 böyük tədbirdə iştirak etdim, minlərlə insanla tanış oldum, böyük izdiham topladım. Çox şey baş verir. Mən at belindəyəm. Bütün bunlar o deməkdir ki, Amerika xalqı bir daha əmin olsun ki, fiziki və əqli cəhətdən bütün qabiliyyətlərim yerindədir, qeydlərə ehtiyacım yoxdur. Mənə suflyor lazım deyil - mən özüm çıxıb istənilən sualı cavablandıra bilərəm”, - Amerika lideri bildirib.
Cəmilə