06.04.25 | Bakı 13.03° C |
15:49:32
Lent :

Bakıda məktəbli oğlana cinsi təcavüz edən iş adamı həbs edildi

20 apr 2024 09:00
GÜNDƏM
ads

Bakıda yetkinlik yaşına çatmayan oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş mağaza sahibi cinayət məsuliyyətinə cəlb edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın mərkəzində - Beşmərtəbə adlanan ərazidə baş verib.

Həmin ərazidə yerləşən idman əşyaları mağazasının icarədarı, 1965-ci il təvəllüdlü Afət Yusifov (soyad şərtidir) yaxınlıqda yaşayan 2010-cu il təvəllüdlü A.Məmmədovla münasibət qurub.

Belə ki, azyaşlının bir neçə dəfə anası ilə onun mağazasından alış veriş etməsindən sonra Afət yeniyetmə ilə mehriban münasibət qurub, velosipedini təmir etməyə kömək edəcəyini deyib. O, 2023-cü ilin iyul ayından etibarən bir neçə dəfə yetkinlik yaşına çatmayan oğlana qarşı seksual xarakterli hərəkətlər edib. Hətta onun velosipedinə siqnal quraşdırmaq adı ilə özü ilə Xətai rayonu Babək prospektində yerləşən evinə apararaq iyrənc hərəkətlərinə davam edib.

Bundan sonra Afət Yusifov A.Məmmədova baş verənlər barəsində heç kimə deməməsini tapşırıb və onu hədələyib.

Yeniyetmənin anası oğlunun başına gətirilənləri bildikdən sonra Afət barəsində şikayət edib, həmçinin övladını psixoloqa aparıb. Afət psixoloji yardım və müalicə üçün ona 3 min manat ödəyib.

Bununla yanaşı iş adamı barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri - 14 yaşına çatmayan şəxsə qarşı) maddəsi ilə cinayət işi açılıb.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və aprelin 16-da hökm oxunub. Məhkəmənin hökmü ilə Afət Yusifov 16 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Turqut Seyidov


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur