Filippin Cənubi Çin dənizinin mübahisəli bölgəsində ölkə qüvvələrinə qarşı "aqressiv" münasibətinə görə Pekinə nota verib.
Publika.az xəbər verir ki, Filippin gəmisinin "Ayungin Shoal" gəmisini təchiz etməsinə mane olan Çin sahil mühafizəsi əməkdaşlarına reaksiya verilib.
Filippin Xarici İşlər Naziri Enrike Manalo beynəlxalq mətbuat konfransında Filippin hökumətinin keçən həftə Çinə nota verdiyini açıqlayıb.
Sözügedən hadisə ilə bağlı Çin səfiri Huang Xilian ilə danışdığını bildirən Manalo söhbətin məzmunu ilə bağlı məlumat verməyib.
Qeyd edək ki, iyunun 17-də Cənubi Çin dənizində iki ölkə arasında mübahisəli ərazidə Filippin təchizat gəmisi ilə Çin gəmisi toqquşub. Hadisə zamanı filippinli dənizçi baş barmağını itirib və bir neçə nəfər yaralanıb.
Aysel Şahmar