06.05.24 | Bakı 16.03° C |
19:05:39
Lent :

Bakı-İrəvan danışıqları Qazaxıstanda baş tutacaq?

13:00 26.04.2024
GÜNDƏM
ads

Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin Qazaxıstanda mümkün görüşün tarixi razılıq əldə olunan kimi elan ediləcək.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

O, vurğulayıb ki, İrəvan Cənubi Qafqazda sabit sülhün bərqərar olmasına yönəlmiş bütün vasitəçilik səylərini və ya danışıqlar platformalarını dəstəkləyir. Bu səylər 1991-ci il Alma-Ata Bəyannaməsinin müddəalarına əməl edən sərhədlərin delimitasiyası və tanınması prosesləri də daxil olmaqla, əsas prinsiplərə və razılaşdırılmış sənədlərə əsaslanır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Qazaxıstan iki ölkənin xarici işlər nazirləri arasında danışıqların öz ərazisində aparılmasını təklif edib və bununla bağlı Bakı artıq razılaşıb.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də bildirib ki, Astana İrəvan və Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlayır. O, həmçinin danışıqlar üçün platforma təqdim etməyə və bu prosesdə vasitəçi rolunu öz üzərinə götürməyə hazır olduğunu bildirib.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    16.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az