29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

"Avtoritar liderlər qısa müddət ərzində istənilən qərarları qəbul edə bilirlər"

17 fev 2024 05:00
GÜNDƏM
ads
Advertisement

Demokratik ölkələr, avtoritar ölkələrdən fərqli olaraq, hərbi və maliyyə dəstəyi göstərmək üçün lazımi prosedurlardan keçir, ona görə də yardım gecikə bilər.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

Onun fikrincə, demokratik dövlətlərdə demokratik prosedurlar olmalıdır:

"Əlbəttə, biz onların çox sürətlə hərəkət etmələrini istərdik, lakin bu, demokratiyanın bir elementidir - yardım almaq üçün lazım olan bütün prosedurların mərhələli şəkildə tamamlanması gərəkdir”.

O qeyd edib ki, silahların ötürülməsinə gəlincə, avtoritar ölkələr üçün bu, çox asandır:

“Orada heç bir prosedur yoxdur, əhalinin, seçicilərin rəyi ilə maraqlanmırlar. Ona görə də avtoritar liderlər qısa müddət ərzində istənilən qərarları qəbul edə bilirlər. Məsələn, Rusiyaya ukraynalı uşaqları öldürmək üçün silah göndərən İran və Şimali Koreya”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur