Avropa İttifaqı ölümə doğru gedir və intihar layihəsidir.
QÜTB.AZ xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot "Dialogue Franco-Russe" "YouTube" kanalı ilə söhbətində qeyd edib.
Filippo hesab edir ki, Rusiyaya nifrət Aİ-nin siyasətinin bir hissəsinə çevrilib, hətta bir sıra ölkələr bunun onlar üçün dağıdıcı olduğunu başa düşsələr belə, buna əməl edilməlidir.
Qeyd edək ki, Filippo daha əvvəl bildirmişdi ki, Qərb ölkələri sağ qalmaq istəyirlərsə, BRİKS ilə dialoq qurmalıdırlar.
Adəm Abbaslı