09.09.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Türkiyə Suriyada hərbi akademiya qurur: hərbçilərə təlim keçəcək

08 sen 2025 19:00
DÜNYA
ads

Türkiyə ilə Suriya keçid hökuməti arasında imzalanan razılaşma əsasında Ankaranın Suriyada hərbi hazırlıq prosesinə başladığı bildirilir.

Qutb.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Məlumata görə, ilkin mərhələdə Suriya xüsusi təyinatlıları təlim keçəcək, daha sonra isə proqram bütün orduya şamil olunacaq. Bundan əlavə, Türkiyə Suriyada hərbi akademiya açmağı planlaşdırır. Bu model daha əvvəl Somalidə və Liviyada tətbiq olunub.

Mənbələrin məlumatına görə, Ankara Suriyaya dəstəyini yalnız təlimlə məhdudlaşdırmır. Əgər kürd silahlı dəstələri YPG və onların əsasını təşkil etdiyi “Suriya Demokratik Qüvvələri” 10 mart razılaşmalarına əməl etməsələr, Türkiyə Suriya hökumətini dəstəkləməyə hazırdır.

Bildirilir ki, əsas əməliyyatları Suriya tərəfi həyata keçirə bilər, Türkiyə isə kəşfiyyat, pilotsuz uçuş aparatları və artilleriya ilə dəstək verəcək.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur