29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Astropolitik MÜBARİZƏ: Pakistan yeni ittifaqların yarandığını ELAN ETDİ

09 yan 2024 15:00
GÜNDƏM
ads
Advertisement

Dünyada ABŞ və Çin ətrafında astropolitik ittifaqlar yaranmağa başlayır.

Publika.az xəbər verir ki, bu barədə Lahordakı (Pakistan) Aerokosmik Tədqiqatlar və Təhlükəsizlik Mərkəzinin tədqiqatçısı Mustafa Bilal Amerikanın "SpaceNews" nəşrinin səhifələrindəki köşə yazısında yazır.

Müəllif bu tendensiyanın nümunəsi kimi Pakistanın Çin tərəfindən idarə olunan Beynəlxalq Ay Tədqiqat Stansiyası (ILRS) proqramına bu yaxınlarda qoşulmasını göstərib ki, bu da Bharatın (Hindistan) rəqib Amerikanın "Artemis" layihəsinə qoşulmasından sonra baş verib.

Ekspertin fikrincə, Pakistanın ILRS proqramına daxil edilməsi İslamabad və Pekin arasında otuz illik əməkdaşlığın nəticəsi idi, Dehlinin "Artemis" layihəsinə qoşulması isə Bharat tərəfinin kosmik ittifaqlarda iştirak etməmək kimi tarixi mövqeyindən əl çəkməsi ilə nəticələndi.

Bilalın sözlərinə görə, gələcəkdə Dehlinin "Artemis" layihəsində iştirakı onun Rusiya ilə kosmik tədqiqatlar sahəsində əməkdaşlığına təsir göstərəcək.

Digər tərəfdən, Çin ətrafında bir neçə ölkənin, xüsusən də Rusiyanın birləşməsi Pekinin güclənməsinə və ÇXR-in görkəmli qlobal kosmik gücə çevrilməsinə gətirib çıxaracaq.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur