02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Arvadına sürpriz etmək istədi, 18 min manatı əldən getdi

13 mar 2024 12:00
GÜNDƏM
ads
Advertisement

Bakıda həyat yoldaşına ali məktəb diplomu hədiyyə etmək istəyən kişi dələduzluqla üzləşib.

Publika.az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl paytaxt sakini Anar Qasımov polisə müraciət edərək bildirib ki, Rəhman və Rəşid adlı şəxslər onu aldadaraq 18 min manat pulunu ələ keçiriblər.

Şikayətçi qeyd edib ki, həyat yoldaşından xəbərsiz ona Ukraynanın Xarkov Universitetinin ali təhsil haqqında diplomunu hazırlatmaq istəyib. Bu işdə ona Rəhman adlı şəxs Kürdəmir rayon sakini olan 1975-ci il təvəllüdlü Rəşid Dadaşovu məsləhət görüb. Həmin şəxslər qısa vaxtda diplomu hazır ediblər və Azərbaycanda sənədin təsdiq edilməsi üçün pul istəyiblər. Rəşid Təhsil Nazirliyinin diplomu təsdiq etməyəcəyi halda, məhkəməyə müraciət edəcəyini deyib və Rəhman vasitəsilə 18 min manat alıb.

Lakin sonradan Rəşidin yalan danışması, pulları ələ keçirməsi və heç bir vədinə əməl etmədiyi məlum olub.

Sonradan Rəşid Dadaşovun başqa şəxslərə qarşı da oxşar əməllər törətdiyi müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşid 10 il həbs cəzasına məhkum edilib. Anar Qasımovun şikayəti əsasında açılan cinayət işi üzrə məhkəmə prosesi Suraxanı rayon Məhkəməsində keçirilib. Məhkəmənin hökmü ilə Rəşid Dadaşovun cəzası daha da ağırlaşdırılıb. O, Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddəsi üzrə də təqsirli bilinib və cəzası 1 il artırılıb.

Turqut Seyidov


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur