Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev növbədənkənar prezident seçkilərində səs verib.
Publika.az xəbər verir ki, Hikmət Hacıyev 17 saylı Yasamal 3-cü seçki dairəsinin 1 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.