ABŞ və müttəfiqləri Moskva ilə münasibətləri normallaşdırmalıdır.
Publika.az xəbər verir ki, bu fikri “The National Interest”ə köşə yazarı David Hurwilitz bildirib.
“Vaşinqton və onun müttəfiqləri Ukraynadakı vəziyyəti bütün tərəflərə məqbul sayılan şərtlərlə həll etmək üçün formul axtarsalar da, bu sülhməramlı prosesi Rusiya ilə dialoqu bərpa etmək üçün fürsət kimi qəbul etməlidirlər”, – jurnalist yazıb.
O, həmçinin vurğulayıb ki, Qərb Rusiyanı təhdid etməyə davam edərsə, davamlı sülh əldə edilə bilməz:
“Bundan əlavə, ABŞ hakimiyyəti Rusiyanın NATO-nun genişlənməsi ilə bağlı narahatlığına diqqət yetirməyə borcludur. Çünki bu, Ukraynadakı münaqişənin sona çatmasına kömək edə bilər”.
Cəmilə