ABŞ-ın mərkəzi hissələrinə təsir edən tornado nəticəsində yüzlərlə ev dağılıb, elektrik enerjisi kəsilib, azı 15 nəfər həyatını itirib.
Publika.az xəbər verir ki, tornado əsasən Texas, Arkanzas, Oklahoma və Kentukki ştatlarının şimalında baş verib.
Tornadolar yük maşınlarını aşırıb, Dallas yaxınlığındakı magistral yolu bağlayıb və bölgədə on minlərlə insanı işıqsız qoyub.
Texas qubernator müavini Dan Patrik bildirib ki, ştatın fövqəladə hallara reaksiya bölmələri təsirə məruz qalan ərazilərə səfərbər edilib.
Roza