Sevdanı geyiminə görə QINADILAR
Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar üçün qeydiyyat prosesinə 9 sentyabr 2025-ci il saat 11:00-da start veriləcək. Abituriyentlər (subbakalavrlar) //portal.edu.az/ sistemindən qeydiyyatdan keçərək "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.
Elektron sistem üzrə qeydiyyat 15 sentyabr 2025-ci il saat 18:00-da yekunlaşacaq. Dövlət İmtahan Mərkəzi bildirib ki, müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Qutb.az qeydiyyatdan keçənlərin sayını öyrənmək üçün bir neçə ali təhsil müəssisəsi ilə əlaqə saxlayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) sorğumuza cavab olaraq bildirilib ki, universitetin bakalavriat səviyyəsinə qəbul olunmuş 2696 abituriyentdən 2607-si (yəni 96%) artıq portal üzərindən müraciətini tamamlayaraq göndərib. Onlardan 2403 nəfərin (92%) müraciəti universitet tərəfindən təsdiqlənib, 204 nəfərin sənədləri isə baxış mərhələsindədir.
Azərbaycan Dövlət İqtisad Universitetindən (ADİU) isə 3700-ə yaxın abituriyentin qeydiyyatdan keçdiyi bildirilir.
Azərbaycan Dillər Universitetində (ADU) ali təhsil müəssisələrinə qeydiyyatdan keçənlərin sayı isə 1770 nəfər təşkil edir.
Xəzər Universitetindən verilən məlumata görə, bu tədris ili üzrə qeydiyyatdan keçənlərin sayı 1407 nəfərdir ki, bu da 91,5% təşkil edir.