30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

30 min manatlıq oğurluqda şübhəli bilinən şəxslər saxlanıldı

19 fev 2024 14:00
GÜNDƏM
ads

Polis əməkdaşları Biləsuvar və İmişlidə 30 min manatlıq oğurluqda şübhəli bilinən şəxsləri saxlayıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətininin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif obyekt və ərazilərdən oğurluqlar etməkdə şübhəli bilinən İmişli rayonunun Aranlı kənd sakinləri K.Balakişiyev, M.Mirzəyev və V.Nərmanlı müəyyən edilərək saxlanılıblar. Onların müxtəlif vaxtlarda Biləsuvar rayonu ərazisindəki ayrı-ayrı suvarma sahələrindən və mobil operatorlardan birinə məxsus radiostansiyadan ümumi dəyəri 10 min manatdan artıq olan elektrik avadanlıqları, su nasosu, naqillər və avtomobil ehtiyat hissələri oğurladıqları müəyyən edilib. Oğurlanan əşyaların bir qismi gizlətdikləri yerdən aşkarlanaraq götürülüb.

Polis əməkdaşlarının keçirdikləri əlavə əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərin İmişli rayonu ərazisindəki oğurluq əməllərinin də üstü açılıb. Belə ki, onların mobil baza stansiyasından və suvarma sahəsindən ümumi dəyəri 20 min manata yaxın olan müxtəlif məişət və elektrik avadanlıqlarını oğurladıqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur