Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, qarşıdan gələn ildə dünyada vəziyyət sakit olmayacaq.
QÜTB.AZ xəbər verir ki, Narışkin bu barədə “RİA Novosti”yə müsahibəsində deyib.
"Bu gün artıq aydındır ki, 2025-ci il sakit il olmayacaq", - Narışkin bildirib.
Onun fikrincə, biz indi birqütblü, köhnəlmiş dünya düzənindən yeni, ədalətli dünya nizamına keçid prosesinin şahidiyik.
“Və bu prosesin, əlbəttə, öz riskləri var, çox çətindir”, - kəşfiyyat rəhbəri qeyd edib.
Qeyd edək ki, Moskva müxtəlif səviyyələrdə birqütblü dünya nizamının qəbuledilməzliyi və beynəlxalq münasibətlərin daha balanslı arxitekturasına ehtiyac olduğunu dəfələrlə bəyan edib.
Tural