29.04.24 | Bakı 19.03° C |
21:04:46
Lent :

İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş

22:00 16.04.2024
ELM VƏ TƏHSİL
ads

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini açıqlayıb.


QÜTB.AZ xəbər verir ki, yüksək bal toplayanlar arasında şagird Mələkxanım Piriyeva da var. 286,9 bal toplayan şagird Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Piriyevin qızıdır.


Mələkxanım öz sevincini Modern.az-la bölüşüb.


“İlk növbədə doğma məktəbim - Dəyanət Vəqfi Bakı Türk Liseyinə, əziz və fədakar müəllimlərimə ürəkdən təşəkkür edirəm. Bildiyiniz kimi, buraxılış imtahanları ali məktəblərə qəbulun 1-ci mərhələsidir. Hədəfim blok imtahanlarında da yüksək nəticə göstərib ADA Universitetində təhsil almaqdır”, - o deyib.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    114 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    19.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az