17.05.24 | Bakı 13.03° C |
02:05:14
Lent :

Ağ Ev jurnalistlərinə etiraz: Bayden susdu

17:00 29.04.2024
GÜNDƏM
ads

Amerika universitetlərində Qəzza ilə bağlı etirazlar keçirilir. 103 ildir təşkil edilən Ağ Ev Müxbirləri Dərnəyinin şam yeməyində də etirazlar olub.

Publika.az xəbər verir ki, etirazçılar tədbirin keçirildiyi Vaşinqton Hilton hotelinin qarşısına toplaşıblar.

Onlar Qəzzada həyatını itirən jurnalistlərin xatirəsini yad etmək üçün qana bulaşmış mətbuat jiletləri nümayiş etdiriblər. Etirazçılar həmçinin şüarlar səsləndiriblər: “Hər dəfə media yalan danışanda Qəzzada bir jurnalist ölür”.

ABŞ prezidenti Co Bayden şam yeməyində çıxış edərkən, Rusiyadan bu ölkədə saxlanılan jurnalistlərin azad edilməsini istəyib. Onun binanın qarşısındakı etirazlara baxmayaraq, Qəzzada müharibədən bəhs etməməsi də diqqət çəkib.

Senatın mühüm yəhudi simalarından biri olan müstəqil Vermont senatoru Sanders televiziya proqramında Netanyahunun Qəzzada etnik təmizləmə apardığını ifadə edib: “Amerika xalqının əksəriyyəti Netanyahunun döyüş maşınından iyrənir. Xalq ABŞ-ın buna dəstək olmasına qarşıdır”.

Qeyd edək ki, oktyabrın 7-də başlayan İsrail-HƏMAS müharibəsində 100-dən çox jurnalist həyatını itirib.

Roza Şəfiyeva


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az