29.04.24 | Bakı 19.03° C |
22:04:17
Lent :

Buraxılış imtahanlarında şok nəticə - KEÇİD BALLARINA TƏSİR GÖSTƏRƏCƏK?

18:37 16.04.2024
ELM VƏ TƏHSİL
ads

"3 və 10 mart tarixində keçirilmiş cari ilin buraxılış imtahanlarının nəticəsi artıq açıqlanıb. Belə ki, 3 mart tarixində keçirilmiş buraxılış imtahanlarında 14, 10 mart tarixində isə 39 şagird maksimum 300 bal nəticə göstərib. Ümumilikdə baxsaq, görürük ki, imtahan nəticələri arasında 53 nəfər 300 bal toplayıb. Həmçinin 14 aprel tarixində keçirilmiş əvvəlki illərin məzunlarının buraxılış imtahanlarının nəticələri hələ açıqlanmayıb".


Bu fikirləri elm və təhsil eksperti Rizvan Fikrətoğlu builki buraxılış imtahanlarının nəticələrini Qütb.az-a şərh edərkən söyləyib. 





Bəs, blok imtahanları və universitetlərə keçid balları ilə bağlı hansı proqnozları vermək olar?


Ekspert düşünür ki, keçən ilki blok imtahanları ilə müqayisədə bu ilki blok imtahanları da çətin olmayacaq:


"Ümumiyyətlə əvvəlki illərə nisbətən bu il sualların asan düşməsi fikri ictimaiyyətdə gəzir. Bu fakt müəyyən qədər doğrudur. Təbii ki bu il nəticələrin yaxşı olmasını təkcə sualların asan olması ilə bağlı olduğunu deyə bilmərik. Biz bilirik ki, əvvəlki illərin abituriyentləri pandemiya dövrünə düşdü. Amma cari ilin abituriyentləri daha çox əyani hazırlaşdılar. Bu da istər-istəməz nəticələrə təsir etdi. Başqa bir səbəb isə sualların daha dəqiq, konkret və kurikulum metodlarına uyğun salınması oldu".


Rizvan Fikrətoğlunun sözlərinə görə, keçən illə müqayisədə nəticələrin yüksək olması ümumi nəticələrə təsirsiz ötüşməyəcək:


"Xüsusilə də V qrupda, 11 illik bazadan kolleclərə qəbulda balların artmasını biz müşahidə edəcəyik. Amma universitetlərə gəldikdə isə ballarda böyük bir artımın müşahidəsi gözlənilmir. Çünki biz ümumi plan yerini nəzərə alsaq, plan yerləri bu il artırılacaq və 60 minə çatdırılacaq. Həmçinin 2 yeni universitet var: Xankəndidə Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti. Bu da əlavə plan yerləri deməkdir. Bütün bunlar da universitetlərdə keçid ballarının elə də qalxmayacağına əsas verir. Eyni zamanda qarşıdan ixtisas seçimi gəlir. Mən abituriyentlərə ixtisas seçimi zamanı maksimum diqqətli olmağı tövsiyyə edirəm. Çünki bu il müsabiqə şərti daha məsuliyyətli olacaq. Düzgün ixtisas seçimi etmək lazımdır ki, kəsilməsinlər".

TEGLƏR
Müəllif : Aynur Babayeva
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    114 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    19.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az