09.05.24 | Bakı 12.03° C |
08:05:01
Lent :

Bu il keçid balları artacaq? - AÇIQLAMA


15:47 05.04.2024
ELM VƏ TƏHSİL
ads

Bildiyimiz kimi, mart ayının 3-də keçirilən buraxılış imtahanlarının cavabları bəlli oldu. Nəticələrin də digər illərə nisbətən daha müsbət olduğunun fərqindəyik.


Bəs, blok imtahanlarının hansı səviyyədə keçirilməsi gözlənilir? İxtisaslar üzrə ballar arta bilərmi?


Mövzu ilə bağlı Qütb.az-a açıqlamasında elm və təhsil eksperti Elçin Əfəndi bildirib ki, blok imtahanları ayrı bir formatdır:





"Amma orada da suallar buraxılış imtahanında olduğu kimi 3 səviyyədədir: asan, orta və çətin. Hazırlıq abituriyentlər olduqda əlbəttə ki, blok imtahanında da nəticələr yüksək olur və bu il buraxılış imtahanında kifayət qədər hazırlıq abituriyentin olması onu deməyə əsas verir ki, blok imtahanlarında da yüksək nəticələr olacaq.


Buraxılış və blok imtahanlarında yüksək nəticələrin olması ixtisas qruplarında mövcud olan ixtisasların keçid ballarına təsirsiz ötüşməyəcək. Bu halda ötən illərdə qeydə alınan ixtisasların keçid ballarında artım olacaq".


Ekspert qruplar və ixtisaslar üzrə balların necə olacağı barədə isə fikir bildirməyin tez olduğunu vurğulayıb:


"Konkret hansı istiqamət üzrə gedəcək abituriyent sayı, eyni zamanda ixtisas qrupları üzrə ayrılacaq plan yerləri məlum deyil. Buna baxmayaraq, ilkin ehtimalla demək olar ki, I ixtisas qrupunun Rİ alt qrupunda bal artımı gözlənilir. RK alt qrupunda isə ballar prestijli ixtisaslarda bir qədər arta, digərlərində isə enə bilər.


II ixtisas qrupuna gəldikdə isə burada da prestijli ixtisaslarda balların müəyyən qədər də olsa artımı gözlənilir. Qalan digərlərində ötən illərdəki kimi ballar formalaşa bilər.


III ixtisas qrupunda ballar hər iki alt qrup üzrə (DT və TC) kəskin deyil, müəyyən qədər artacaq.


IV ixtisas qrupuna gəldikdə isə burada tibb istiqamətində ballarda bir qədər artım gözlənilir. Qalan istiqamətlərdə isə ötən illərdəki kimi ballar formalaşa bilər.


V ixtisas qrupu üzrə isə bu il ixtisas üzrə formalaşacaq keçid ballarında artım gözlənilir. Buna səbəb buraxılış imtahan nəticələrinin yüksək olmasıdır. Həmçinin 11 illik bazadan orta ixtisas təhsil müəssisələrinə qəbulda da ixtisas üzrə formalaşacaq keçid ballarında artım gözlənilir".

TEGLƏR
Müəllif : Aynur Babayeva
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    12.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az