20.05.24 | Bakı 16.03° C |
01:05:55
Lent :

Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI

21:42 08.05.2024
GÜNDƏM
ads

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları daxil olan müraciətlər əsasında reyd keçirib və nəticədə özünü qazi kimi təqdim edərək dələduzluq əməlləri törətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Elşad Nağıyev saxlanılıb.



QÜTB.AZ xəbər verir ki, onun Sumqayıt şəhəri ərazisində yaşayan iki nəfər Vətən müharibəsi qazisinə guya həmin şəxslərə dövlət tərəfindən növbəsiz avtomobil almaqda kömək göstərəcəyi vədi verərək zərərçəkənlərin müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirdiyi məlum olub.

Araşdırmalarla saxlanılan şəxsin Vətən müharibəsi iştirakçısı və ya qazisi olmadığı məlum olub.



E. Nağıyev barəsində araşdırmalar davam etdirilir.



Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.

TEGLƏR
Müəllif : Fidan Camal
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    117 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    16.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az