ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla dostluğun davam etməsi Türkiyə üçün vacibdir.
QÜTB.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Ankara Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsini bitirməklə bağlı təşəbbüslərini dəstəkləyir: “Trampla müzakirələrimizdə bu məsələ barədə danışacağıq. Onun hakimiyyətinin ikinci dövrünün bütün dünya üçün xeyirli olmasını arzulayıram”.