ABŞ-da Amerikanın növbəti prezidenti Donald Trampa qarşı məhkəmə prosesində iştirak edən xüsusi prokuror Cek Smit istefa verib.
QÜTB.AZ xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Kanalın məlumatına görə, çərşənbə axşamı, yanvarın 7-də Smit yekun hesabatını Baş prokurora təqdim edib.
İndi Tramp məhkəmələr vasitəsilə 2020-ci il prezident seçkiləri zamanı qanun pozuntularının təhqiqatı və məxfi sənədlərlə işin aparılması ilə bağlı hesabatının dərcinin qarşısını almağa çalışır.
“Tramp məhkəmədə nəşrə qarşı çıxan müdafiə komandasının bəzi üzvlərini Ədliyyə Departamentində yüksək vəzifələrə təyin etməyi planlaşdırır”, - CNN-nin məlumatında qeyd edilib.
Noyabrın sonunda məhkəmə ABŞ-ın xüsusi prokuroru Cek Smitin Trampa qarşı federal cinayət işlərinə xitam verilməsi tələbini təmin edib. Söhbət 2021-ci ildə seçkilərə müdaxilə və Kapitoliyə basqın, həmçinin məxfi sənədlərin düzgün idarə edilməməsi hallarından gedir.
Smitin sözlərinə görə, ABŞ hökumətinin mövqeyi mahiyyətcə dəyişməyib, lakin Ədliyyə Nazirliyinin siyasəti vəzifədə olan dövlət başçısının mühakimə olunmasını qadağan edir.
Trampın ikinci səlahiyyət müddəti bitdikdən sonra ittihamlar yenidən qaldırıla bilər.
Hüseyn İbadlı