Nigeriyanın mərkəzi hissəsində yerləşən Benue ştatında silahlıların hücumu 56 insanın ölümünə səbəb olub.
Qutb.az “France-Presse” (AFP) agentliyinə istinadən xəbər verir ki, qubernatorun mətbuat üzrə müşaviri Solomon İorpev hücumlar nəticəsində ölənlərin sayınən 56 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, axtarış əməliyyatları zamanı qurbanların sayı arta bilər.
Daha əvvəl silahlı maldarlar tərəfindən törədildiyi güman edilən hücum nəticəsində 17 nəfərin öldüyü bildirilirdi.
Hadisə cümə günü gecə baş verib və təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə səbəb olub.