NATO Gürcüstan hökumətinə müraciət edib
NATO hesab edir ki, Gürcüstanın xarici agentlər haqqında yeni qanunu “ölkəni Aİ və Avro-Atlantik inteqrasiyadan ayırır”.
Alyansın sözçüsü Farah Dahlalla X (keçmiş Twitter) səhifəsində yazıb: "Gürcüstan hakimiyyətinin qondarma xarici agentlər haqqında qanun qəbul etmək qərarı yanlış istiqamətdə atılmış addımdır".
O, Gürcüstanı “kursunu dəyişməyə və dinc etiraz hüququna hörmət etməyə” çağırıb.
Gürcüstan parlamenti mayın 14-də keçirilən plenar iclasda xarici agentlər haqqında qanunu üçüncü oxunuşda qəbul edib. Qanun layihəsinə baxılmasına aprel ayında başlanılıb. O vaxtdan Gürcüstanda genişmiqyaslı etiraz aksiyaları keçirilir. Bir neçə dəfə onlar təhlükəsizlik qüvvələri ilə toqquşmaya çevriliblər