Belarus Prezidenti Aleksandr Lukaşenko 20-dən çox hərbi qulluqçu və hüquq-mühafizə orqanlarının əməkdaşını rütbələrindən məhrum edib.
QÜTB.AZ xəbər verir ki, Lukaşenko bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, keçmiş hərbi qulluqçular və müxtəlif hüquq-mühafizə orqanlarının əməkdaşları - ümumilikdə 21 nəfər hərbi və xüsusi rütbələrdən məhrum edilib.
Qeyd edək ki, sözügedən hərbçilər 2020-ci ildə ictimai-siyasi vəziyyətin gərginləşdiyi dövrdə qanunsuz hərəkətlərə yol veriblər.